|
|
|
DAK-ı dağılma təhlükəsindən qoruyaq!!! |
To: Azerbaycan Turk Milleti, Azerbaycan Diaspora Teshkilatlari, DAK-IH Uzvleri, DAK-Olke Numayendeleri ve DAK-FeallariDAK-ı dağılma təhlükəsindən qoruyaq!!!
Hörmətli vətəndaşlar, dəyərli Azərbaycanlılar!
Bu gün yganə diyaspora təşkilatımız olan DAK çox ağır, çətin və dəhşətli günlərini yaşamaqdadır. 11 il bundan əvvəl Amerikada təməli qoyulan və günümüzə qədər ayaqda durmağı bacaran DAK artıq dağılma təhlükəsilə qarşı-qarşıyadır.
Belə bir mürəkkəb vəziyyəti görən DAK Avropa Bölməsi Köln qurultayından 3-4 ay sonra, İdare Heyətinə unvanladığı bəyaniyyədə təşkilatda baş alıb gedən özbaşınalıq və təşkilat qaydalarının gobudcasına pozulmasını vurqulayaraq, DAK-ın iflic bir duruma gəlməsi və dağılma təhlükəsilə üzbəüz olmasını bildirmişdi. O zaman bizləri, separatçı, birlik əleyhinə olanlar və öz çıxarlarını düşünənlər adlandırsalar da, bu gün artıq bizləri suçlayanlar özləri iki deyişik qurultayın keçirilməsi qənaətinə gəlmişlər.
Bir tərəfdən Səbri bəy təbrizli Azərbaycan bölməsi və Rusiya bölməsinin bir-iki üzvünü yanına alaraq, 2003-cü ildə DAK-dan ayrılıb geden və özlərini DDAK adlandıran qurumla danışıqlar apararaq, dildə birlik qurultayına çağırır.
Ikinci bir tərəfdən isə Sabir bəy Rüstəmxanlı başda olmaqla Əjdər Tağizadə ve bir neçə nəfəri ətrafına toplayaraq DAK-ı Azərbaycanda bir yerli təşkilat halına gətirməklə onu öz ana hədəflərindən – diyaspora vəzifələrindən uzaqlaşdırıb və May ayında qurultay qərarını da alıblar.
Biz, DAK İdarə Heyətinin bəzi üzvləri, DAK ölkə nümayəndəlikləri və bir sıra DAK-in feal üzvləri olaraq, hər iki tərəfin qurultay çağırmalarını təşkilatımızın Nizamnaməsinə zidd olduğunu bəyan etməkdəyik. İstər Səbri Təbrizlinin, istərsə də Sabir Rustəmxanlının keçirmək istədikləri qurultay Nizamnaməmizə görə legitim ola bilməz.
DAK sıralarında illərcə fəaliyyət göstərən dostlar kimi, sizlərə səslənirik: Gəlin qurultay idealarından istər Almaniyada, istərsə də Belcikada vaz keçin. Əgər Güneydə öz milli amalları üçün canlarını və mallarını fəda edənləri düşünürüksə, Qarabağımızın azadlığını və ana Vətənimizin bütövlüyünə inanırıqsa, bir azcıq olsa da birliyimiz naminə bu qurultay sevdasından əl çəkin. Gəlin, DAK-ın dünya səviyyəsində yenidən güclü bir təşkilat olması üçün çiyin-çiyinə əl birliyi ilə çalışıb və diyasporamızın gerçək anlamda birləşməsi uğrunda birlik qurultayına getmənin yollarını axtaraq.
Dəyərli Azərbaycanlılar, Azərbaycan diyasporası!
Biz, hər iki tərəfi masa arxasına çağırıb və Nizamnaməmizə uyğun birgə qurultaya getmənin tərəfindəyik. Eks təqdirdə bu bəyaniyyəni imzalayan DAK məsulları, ölkə nümayəndələri və DAK-ın fəal üzvləri olaraq, çağrırılan hər iki qurultaya qatılmayıb və yaxın bir zamanda Avropada ümumi bir konfrans təşkil edərək, bütün DAK məsulları, fəalları və diyaspora nümayəndələrini dəvət edib DAK-ın ana prinsiplərini rəhbər tutaraq, düzgün metodlarla yeni rəhbərlik seçıb və diyaspora fəaliyyətlərmizə davam etdirəcəyik.
Məmməd Azər
Rəhmət Nəcəfpur
Dr. Cavad Derəxti
Rəhim Şahbazi
Səyavuş Yusifli
Cabbar Səttaroğlu
Ədalət Quliyev
Xəzər Əmin
Afzal Mohammadi
Niyaməddin Musayev
Haci Əlikram
Bariş Noori
Amir Seyfəddini
Söhrab Tahir
Havva Məmmədova
İlhamma Quliyeva
Not: Qalan imza edenlerin isimlerini hemin burda gorduyunuz "IMZA TOPLUMUNDA" mushahide ede bilersiniz.
===================================================Sincerely,
The DAK-ı dağılma təhlükəsindən qoruyaq!!! Petition to Azerbaycan Turk Milleti, Azerbaycan Diaspora Teshkilatlari, DAK-IH Uzvleri, DAK-Olke Numayendeleri ve DAK-Feallari was created by and written by Rehim Shehbazi (shahbazi.rahim@gmail.com). This petition is hosted here at www.PetitionOnline.com as a public service. There is no endorsement of this petition, express or implied, by Artifice, Inc. or our sponsors. For technical support please use our simple Petition Help form.
share:
blogger
del.icio.us
digg
facebook
furl
reddit
slashdot
send to a friend
Send Petition to a Friend - Petition FAQ - Start a Petition - Contributions - Privacy - Media Kit
| PetitionOnline - DesignCommunity - ArchitectureWeek - Great Buildings - Archiplanet - Search | |
| http://www.PetitionOnline.com/DAK1997/petition.html | © 1999-2007 Artifice, Inc. - All Rights Reserved. |