dc          
 
Azərbaycan Respublikasının Nəqliyyat Naziri Ziya Məmmədova açıq məktub

 

View Current Signatures   -   Sign the Petition


To:  Azərbaycan Respublikasının Nəqliyyat Naziri Ziya Məmmədova

Azərbaycan Respublikasının Nəqliyyat Naziri
Ziya Məmmədova açıq məktub

Salam, cənab Nazir.
Bir vətəndaş kimi Azərbaycan nəqliyyatından Sizə şikayət, tənqid və təkliflərdə bulunmaq istəyirəm. Güman edirəm ki, başçılıq etdiyiniz nəqliyyat sistemindən gün ərzində istifadə edən sıravi vətəndaşın fikirlərini qəribçiliyə salmayacaqsınız.
Başlayaq taksilərdən.
Cənab nazir, Gürcüstanda benzinin qiyməti bizdən iki dəfədən də artıq olmasına baxmayaraq, taksidə gediş haqqı bizdən ən az iki dəfə ucuzdur. Bəli, orada da taksometr yayılmayıb, amma xalq bir-birinə, hətta xaricilərə qarşı daha insaflıdır. Neçə illər öncə bizdə də taksometr sisteminə keçid barədə müəyyən addımlar atılmağa başlamışdı, amma eşitdiyimə görə o zaman xalqın vəziyyəti o qədər də ürəkaçan olmadığı üçün qərara alındı ki, hələlik bundan istifadə olunmasın və xalqa bir-birini dolandırmaq üçün şərait yaradıldı. Cənab nazir, artıq xalq bir-birini dolandırmaqdansa, dolamağa başlayıb. Təsəvvür edin ki, dəniz vağzalının yanından Keşlə qəsəbəsinə bir taksi 10 manat deyir, digəri 5, üçüncüsü 15, tamam başqası isə 3! Halbuki o yol cəmi 6-7 kilometrdir. Bir neçə gün bundan əvvəl bir taksi sürücüsü Neftçilər prospektindən Ələt qəsəbəsinə gedən vətəndaşdan düz 50 manat pul tələb edib... Bu soyğunçuluq deyilsə, nədir? Xalqın bir-birinə qarşı insafı yoxdursa, heç olmasa dövlətin insafı gəlsin... Onsuz da bunları başlı-başına buraqsan bir-birlərinin ətini yeyib, qanını içib sümüklərindən təsbeh düzəldərlər. Respublikamız artıq (pis-yaxşı, bu ayrı söhbətin mövzusudur) bəlli bir sistemə oturuşmağa başlayıb, taksidə isə xaos hökm sürür, sistemsizlik ucbatından vətəndaşların əsəbləri xarab olur... Hələ mən taksi sürücülərinin, ümumiyyətlə, vətəndaşların ictimai nəqliyyatda özünü aparmağından danışmıram, bilirəm ki, bu sahəyə Siz yox, başqaları cavabdehdir!
Digər problem: şəhərdaxili ictimai sərnişin daşıma nəqliyyatı.
Cənab nazir, bütün mini avtobuslarda sürücülər maqnitofona, disk oxuducusuna və ya radioya elə güclü səs verirlər ki, avtobusun içində bir vətəndaşın halı pis olsa, bir şey (məsələn, su) xahiş etsə hətta onun yanında oturan belə səs eşitməyəcək... Mini avtobuslarda vətəndaşlara qarşı psixoloji terror həyata keçirilir, sürücünün estetik zövqü sadə vətəndaşlara diktə edilir. İrad bildirən vətəndaşa isə sürücü tərəfindən “xoşuna gəlmirsə, düş, başqa avtobusa min” şəklində həqarət olunur. Mən son 10-15 ildə cəmi iki dəfə sərnişinlə gülərüzlə danışan, “bəli”, “buyurun” sözlərindən istifadə edən sürücü görmüşəm. Məlumat üçün deyim ki, gün ərzində ən azı 6-8 dəfə ictimai nəqliyyatdan istifadı edirəm...
Üçüncü problem – dəmir yolu.
Respublikamızın 3-cü Prezidenti mərhum Heydər Əliyev “Mən indi Azərbaycan Dəmir Yolunda inkişafı hiss etdim” deyibsə, bu hələ hər şeyin qaydasında olması anlamına gəlmir. Mərhum Prezident “Mən indi Azərbaycan Dəmir Yolunda problem olmadığını hiss etdim” deməyib! Hələ bir sürü problemlər var.
Cənab nazir, tutaq ki, bir vətəndaş qatara minib gedir Şəkiyə, ya da Horadizə. Niyə vətəndaş bir də əziyyət çəkib oradakı kassada növbədə durmalı, kassirə “hörmət” eləməli, rayondakı hörmətli bir şəxsə ağız açıb ondan kassirə zəng vurmağı xahiş etməli, ya da o hörmətli şəxsin adını çəkməlidir? İnformasiya-Kommunikasiya Texnologiyalarının bu qədər inkişaf etdiyi bir dövrdə necə olur ki, Azərbaycan Dəmir Yolunda o baş-bu başa bilet almaq olmur? Cənab nazir, təsəvvür edin ki, mənim telefonumun yaddaşında ən azı 4-5 rayon kassirinin telefon nömrəsi var. Ona görə yox ki, onlarla şəxsi tanışlığım, dostluğum var, ya da onların səsini eşitməyəndə darəxəram... Sadəcə, hər dəfə əyalətə gedib-gələndə məcbur oluram ki, iş başında olmayan kassirləri tapım, onlarla çənə döyüm. Dünyanın bütün normal ölkələrində heç kassaya da yaxınlaşmaq lazım olmur. Biletsatan avtomatlar quraşdırılıb, yaxınlaşıb pulu salırsan, bir neçə saniyə ərzində istədiyin istiqamətdə gediş-gəliş biletinə maliksən – bu qədər bəsit!
Avtomat quraşdırmaq təbii ki, hələ tezdir, anlayıram – əksər vətəndaşlarımız o aparatlarla bir balaca kobud rəftar edə bilərlər... Amma bütün kassalardakı kompüterləri birləşdirməyə nə var? Zimbabvedəki, Barbados adasındakı kompüterlə istənilən Nigeriya vətəndaşı kompüter əlaqəsinə girə bilirsə, Gəncədəki kassa ilə Kürdəmirdəki niyə əlaqəyə girə bilmir ki? Maraqlıdır, niyə mərkəzləşdirilmiş bilet satışı sistemi həyata keçirilmir? Bunu damı yazaq “vətəndaşların bir-birlərini dolandırmağına”? Burda da dolandırmırlar, cənab Nazir, bir-birlərinin qanını içirlər! Bunun üçün dəmi Prezidentin xüsusi sərəncamı, göstərişi, fərmanı olmalıdır? Axı əyalətdən paytaxta bilet almaq demək olar ki, mümkünsüzdür... MÜM-KÜN-SÜZ-DÜR!!!
Bir müddət öncə gözümün qabağında qatar bələdçisi bir vətəndaşın verdiyi rüşvətdən imtina etdi – artıq xeyli müddətdir ki, biletsiz sərnişin daşımadıqlarını dedi. Gözəl. Bu həqiqətən uğurdur! Dəstəkləyirəm, sevinirəm! Amma qatarların içindəki, xüsusilə tualetlərdəki antisanitariya dözülməzdir. Hətta Özbəkistanda mindiyim qatarlar belə bizimkilərdən dəfələrlə, on dəfələrlə təmizdir! Təsəvvür edin, biz – bu qədər büdcəyə, sərvətə malik ölkə qatardakı səliqə-səhmana görə nəinki Özbəkistandan, hətta Gürcüstandan belə geridəyik! Bunu Tbilisi-Batumi qatarında gözləri dörd olmuş Azərbaycan vətəndaşlarının hamısı təsdiqləyə bilər.

Hörmətlə,
Firudin Allahverdi
Azərbaycan Respublikasının vətəndaşı
Bakı şəhəri
27 Avqust, 2008-ci il

Sincerely,

The Undersigned

View Current Signatures
 


The Azərbaycan Respublikasının Nəqliyyat Naziri Ziya Məmmədova açıq məktub Petition to Azərbaycan Respublikasının Nəqliyyat Naziri Ziya Məmmədova was created by Azərbaycan Respublikasının vətəndaşlarından and written by Firudin Allahverdi (firudinallahverdi@gmail.com).  This petition is hosted here at www.PetitionOnline.com as a public service. There is no endorsement of this petition, express or implied, by Artifice, Inc. or our sponsors. For technical support please use our simple Petition Help form.

tags:   Azərbaycan   Məmmədov   Naziri   Nəqliyyat   Respublikasının   Ziya  

Send Petition to a Friend - Petition FAQ - Start a Petition - Contributions - Privacy - Media Kit

PetitionOnline - DesignCommunity - ArchitectureWeek - Great Buildings - Archiplanet - Search
http://www.PetitionOnline.com/arnnzm/petition.html © 1999-2007 Artifice, Inc. - All Rights Reserved.